Azərbaycanda yağların qiyməti kəskin artdı
    • 8-02-2025, 21:49
    • 493

Azərbaycanda yağların qiyməti kəskin artdı

Son aylarda yağların qiymətində artım müşahidə olunub.

News24.az Xəzər TV-yə istinadən məlumat verir ki, istər kərə, istərsə də duru yağların qiymətində bahalaşma var.

Bir-iki ay əvvəl 19 manat 30 qəpiyə təklif edilən 1 kiloqramlıq kərə yağı hazırda 22 manat 90 qəpikdir.

Satıcıların sözlərinə görə, təkcə yanvar ayı ərzində qiymətlər 5-6% artıb.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, Dünya Ərzaq Təşkilatının qiymət indeksinə nəzər saldıqda məlum olur ki, ötən ilin dekabr ayı istisna olmaqla, 14 ay ərzində yağların qiymətində artım müşahidə olunub.