
-
- 8-02-2025, 14:14
- 403
Bakıda kirayədə qaldıqları evi qarət edən ana-oğul tutuldu
Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən News24.az-a verilən xəbərə görə, Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən evlərin birindən 3000 manat dəyərində geyim və məişət əşyalarının oğurlanması barədə Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə məlumat daxil olub.
Araşdırma aparılır.
Lent.az-ın məlumatına görə, saxlanılan şəxslər ana və oğul olublar.