-
- 25-07-2019, 12:59
- 767
Təhsil Nazirliyi: 33 namizədin imtahan nəticəsi ləğv edilib
“Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsində 33 namizədin nəticəsi ləğv edilib”.
News24.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
O qeyd edib ki, imtahan nəticələrinin ləğvinə namizədlərin imtahan qaydalarını pozması səbəb olub: “Ən çox rast gəlinən qayda pozuntuları köçürməyə cəhd etmə, yanındakı namizəd ilə danışmaqdır. Eyni zamanda başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana daxil olmağa cəhd də olub və bunun qarşısı alınıb. Bəzi hallarda namizədlər tərəfindən imtahana telefon ilə deyil, hətta rabitə qurğusu ilə gəlmək cəhdləri olub. Bütün sadalanan hallara yol verdiyinə görə 33 nəfərin imtahan nəticəsi ləğv edilib”.