-
- 17-04-2019, 10:29
- 1 102
İnzibati vəzifələr üzrə 1753 namizəd imtahan verəcək
İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
DİM-dən News24.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) aprelin 21-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək. İmtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanada iştirak etmək üçün BA qrupu üzrə 444, BB qrupu üzrə 1309, ümumilikdə isə 1753 namizəd qeydiyyatdan keçib. Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. İmtahanların idarə olunmasına 5 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 164 nəzarətçimüəllim, 5 bina nümayəndəsi ayrılıb. Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: • şəxsiyyəti təsdiq edən sənədin əsli; • “İmtahana buraxılış vərəqəsi". Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.