İş yerindən 250 ton arpa oğurladı: - "Şeytana uydum"
Hadisə
Konyada bir iş yerində gecə nəzarətçisi işləyən şəxs müxtəlif vaxtlarda dostları ilə birlikdə təxminən 250 ton arpa oğurlayıb.
News24.az xəbər verir ki, hadisədən sonra iş yerinin nəzarətçisi və onun iki dostu saxlanılıb. 3 şübhəli ifadələri alınmaq üçün polis bölməsinə aparılıb.
Nəzarətçinin "Müxtəlif vaxtlarda iş yerindən cəmi 250 ton arpa oğurladıq. Son hadisədə 2 TIR sürücüsü dostlarım gəlib maşınlara 50 tona yaxın arpa yüklədi. Peşman oldum, bir anlıq şeytana uydum" dediyi öyrənilib.
Günel Məlikzadə