
-
- 10-02-2025, 18:00
- 481
Elçin Əsgərov yeni rəis TƏYİN OLUNDU
Gəncə Regional Mühafizə İdarəsinə yeni rəis təyin olunub.
News24.az Teleqraf-a istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Elçin Əsgərov təyin edilib. Yeni rəisin bu gün təqdimatı olub.
Qeyd edək ki, Elçin Əsgərov daha əvvəl Tovuz Regional Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.