Daha 2 rayon qazsız qaldı - SƏBƏB - FOTO
    • 25-07-2019, 18:37
    • 703

Daha 2 rayon qazsız qaldı - SƏBƏB - FOTO

Günorta saatlarında bölgələrdə qaz xətlərinə zədə yetirilməsi halları aşkarlanıb.

"Azəriqaz" İstehsalat Birliyindən News24.az-a  verilən məlumata görə, Beyləqan rayonunun xidmət sahəsinə daxil olan Dünyamallar və İmamverdilər kəndləri istiqamətində olan qaz xəttinə traktorla zədə yetirilib. Ona görə də saat 13.10-dan etibarən təqribən 2500 abonentin qaz təchizatı dayandırılıb.

Şabran rayonunun Sincanboyad kəndində də qaz xəttini avtomobillə vurub yararsız hala salıblar. 85 abonentin qaz təchizatı dayandırılıb.