Üç bölgədə qaz təchizatı DAYANDIRILDI - SƏBƏB
    • 23-07-2019, 10:14
    • 743

Üç bölgədə qaz təchizatı DAYANDIRILDI - SƏBƏB

Bu gün səhər saat 09:00-dan axşam saat 18:00-dək Gəncə şəhərinin bir hissəsi, Bağmanlar qəsəbəsi və Ağsu rayonunun 41 yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

"Azəriqaz" ASC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, məqsəd aşkarlanan qaz sızmalarının aradan qaldırılmasıdır.

Naftalan rayonunda isə bir qrup abonentin qaz təchizatı texniki baxışın aparılmasına görə dayandırılıb. Qazın verilişi saat 17:00-dək bərpa olunacaq. Xaçmaz şəhərində bir qrup abonentin bəzi təmir işləri ilə bağlı səhər saat 09:00-dan dayandırılan qaz təchizatı isə sabah bərpa olunacaq.