Qışın sonunda bu tərəvəzi yeyin – - Sağlamlıq üçün faydalıdır

Qışın sonunda bu tərəvəzi yeyin – - Sağlamlıq üçün faydalıdır Sağlamlıq

“Qışın sonunda duzlu kələm və brokoli yemək sağlamlığı qorumağa kömək edir”.

News24.az xəbər verir ki, bunu terapevt Şirin Orayeva deyib.

Mütəxəssis izah edib ki, qışın axırında orqanizmi C və A vitaminləri ilə təmin etmək vacibdir.

C vitamini brokoli, duzlu kələm, bişmiş kartof və qırmızı bolqar bibərində, A vitamini isə yerkökü, ispanaq, balqabaq, pomidor və şirin kartofda bol olur.

Orayeva həmçinin bağırsaqların yaxşı işləməsi üçün şüyüd, soğan, cəfəri, çuğundur yeməyə çağırıb. /medianews.az