
-
- 15-02-2025, 04:14
- 605
Dünyanın sonu: 2060cı il
300 il əvvəl riyazi hesablamalar əsasında hərəkət və cazibə qanunlarını ortaya qoyan məşhur alim Sir İsaak Nyutonun hazırladığı qiyamət ssenarisi ortaya çıxıb.
News24.az bildirir ki, 1704-cü ildə yazdığı məktubda o, 2060-cı ildə dünyanın sonunun olacağını proqnozlaşdırıb. Nyuton apokalipsis tarixini təyin etmək üçün bibliya peyğəmbərliklərindən və riyazi hesablamalardan istifadə edib.
Xüsusilə Armageddon müharibəsinə inanan alim öz proqnozunu İncilin protestant təfsiri və İncildəki hadisələrə əsaslandırıb. Kitabın son fəslində peyğəmbərlik edilən müharibə təsvir olunur və yaxşı qüvvələri (Allahın rəhbərlik etdiyi) şər qüvvələrə (Yer padşahlarının rəhbərlik etdiyi) qarşı qoyub.
Müqəddəs Kitaba görə, bəşər tarixində son müharibə olacaq Armageddon müharibəsindən sonra yer üzündə artıq müharibə olmayacaq.
Zəhraxanım Şeydayeva