İranda 9 yaşlı uşaq anasının gözü qarşısında qaçırıldı - VİDEO
Dünya
İranın Şiraz şəhərində 9 yaşlı Artin Kamkarın təxminən 42 gün əvvəl gündüz saatlarında anasının gözü qarşısında silahlı şəxslər tərəfindən qaçırıldığı bildirilir.
News24.az xəbər verir ki, sosial mediada yayılan videoda uşağın qaçırılma anı əks olunub.
Hadisədən sonra qaçıranların uşağın azad edilməsi müqabilində ailəsindən 20 milyard tümən (68 min ABŞ dolları) nağd pul tələb etdiyi deyilir.
40 gündən artıqdır itkin düşən Artin Kamkarın qaçırılması ilə bağlı istintaqda yeni detallar üzə çıxıb. İlkin araşdırmalar uşağı qaçıran şəxslərlə onun atası arasında əvvəllər qanunsuz əməliyyatlarla əlaqədar maliyyə mübahisələri var.
Ailənin hüquq-mühafizə orqanları ilə lazımi səviyyədə əməkdaşlıq etməməsi və polisə zəruri məlumatları təqdim etməməsi cinayətin motivinin və şübhəlilərin müəyyənləşdirilməsini çətinləşdirib.