“Bavariya”da yeni müqavilə

“Bavariya”da yeni müqavilə İdman

“Bavariya” futbolçusu Camal Musiala ilə müqaviləni uzadıb.

News24.az xəbər verir ki, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.

Yeni anlaşma 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsi 2026-cı ilin yayında başa çatmalı idi. Münhen təmsilçisi razılaşmanın detallarını açıqlamayıb.

Qeyd edək ki, Musiala mövsümün 24 matçında 14 qol vurub.