Hakim tələbə yoldaşının işinə baxmaqdan imtina etdi - Bakı məhkəməsində ŞOK ADDIM
    • 26-07-2019, 15:22
    • 1 016

Hakim tələbə yoldaşının işinə baxmaqdan imtina etdi - Bakı məhkəməsində ŞOK ADDIM

Vəkillər Kollegiyasının keçmiş üzvü Vüqar Poladov və onunla birlikdə ittiham olunan sabiq müstəntiq Misir Əmirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra kollegiyanın hakimlərindən biri - Cavid Hüseynov özü-özünə etiraz etdiyini açıqlayıb. O bildirib ki, sabiq müstəntiq Misir Əmirovla tələbə yoldaşı olub və bir müddət onunla bir yerdə işləyib.

Məhkəmə etirazı təmin edib. Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Vüqar Poladov və Misir Əmirov Cinayət Məcəlləsinin 312.2 (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham elan edilirlər. /Teleqraf.com/