Juninyo zədələndi
    • 15-02-2025, 23:55
    • 564

Juninyo zədələndi

Braziliya Karioka Liqasında 9-cu turun oyunları keçirilib.

News24.az Qol.az-a istinadla xəbər verir ki, lider “Flamenqo” öz meydanında “Botafoqo”nu qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Qolu 55-ci dəqiqədə V.Optis vurub.

“Qarabağ”ın sabiq hücumçusu Juninyo start heyətdə meydana çıxıb. Matçın 11-ci dəqiqəsində 28 yaşlı futbolçu yerə yıxılıb və əvəzlənməsini istəyib. Onun yerinə meydana Bruno Enrike çıxıb.

Juninyonun yekun durumu tibbi müayinədən sonra müəyyənləşəcək.