Aygün Kazımova haqda danışmaq istəməyən Brilliant Dadaşova:
    • 26-07-2019, 21:27
    • 4 087

Aygün Kazımova haqda danışmaq istəməyən Brilliant Dadaşova: "Kütlə hər zaman bayağı musiqi dinləyir" - VİDEO

Xalq artisti Brilliant Dadaşova "Jara" beynəlxalq musiqi festivalında ona ünvanlanan sualları cavablandırıb.

News24.azxəbər verir ki, ifaçı söhbət zamanı yeni klipindən, Azərbaycan musiqisinin bugünkü vəziyyətindən və həyat yoldaşından söz açıb.

- Brilliant xanım, bu gün "Jara"ya oğlunuzla gəlmisiniz. Bunun xüsusi səbəbi var?
- Bu cavan oğlanla gəlmişəm ki, ona baxıb məni görsünlər. Onu da qeyd edim ki, güclə gətirmişəm onu.
- Bu yaxınlarda "Tet-a-tet" klipinizi təqdim etdiniz. Yeni işinizə gələn reaksiyalar necə idi?
- Bilirsiniz ki, uzun zamandır klip çəkdirmirdim. Çox zənglər, mesajlar, fikirlər gəlir. Elə mahnılar var ki, onlara həqiqətən də klip çəkmək vacibdir. "Tet-a-tet" də onlardan biridir. Hər insan sevgilisi ilə tet-a-tet olmaq istəyir. Bu onun arzusudur. Nə qədər havalar yaxşıdır, çəkilişlərə davam etmək istəyirəm. Çünki qış çəkilişlərində soyuqdan donmuşam. Ona görə də istəmirəm. Türkiyədə klip çəkmişik və yeni mövsümdə təqdim edəcəyik. Onu da qeyd edim ki, mən, həyatımda heç kimə qulaq asmamışam. İlk dəfədir ki, prodüserin dediklərini edirəm.

- Həyat yoldaşınızın dediklərinə də qulaq asmırsınız?

- Yox, heç vaxt qulaq asmamışam. Mənim hər zaman öz fikrim olub. Ümumiyyətlə, düşünürəm ki, heç bir insan etdiyi hərəkətin səhv olduğunu düşünmür. Əlbəttə ki, sənətdə səhvim olub. Məsələn, vaxtilə Vaxtanq Kikabidzeyə yox deməyim səhv idi. Yəni, sənət səhvləri olur, amma həyatda çalışmışam səhv buraxmayım.

- Ədalət bəyin sözünə qulaq asmasanız da ona mahnı həsr etdiniz.

- Əlbəttə, etdim. Uzun zamandır, ona mahnı həsr etmirdim. Misal üçün "Maç-maç, quc-quc" oğluma həsr olunmuşdu.

-Son zamanlar sosial şəbəkədə aktivsiniz. Hətta bir az qalmaqallı da deyə bilərik.

- Əsla qalmaqallı olmamışam. Sadəcə bugünkü dövrdə səviyyəli, elit təbəqənin arasında da musiqimiz haqqında gileyli sözlər danışılır. Mən də həmin gileyli sözləri dilə gətirirəm. Bu haqda musiqini bilən insanlar danışmasa, kim danışacaq?

Mən sənətin dərsini almışam. Ali savadlı insan kimi, mən bu məsələyə biganə qala bilmərəm. Musiqimizin ağrıları, acıları və bugünkü gündə gənclərin musiqini başqa cür alqılamarı təbii ki, məni narahat edir. Çox az kütlə bizim dühalarımızı dinləyir. Hər zaman yaxşı musiqini kiçik elit təbəqə dinləyib. Kütlə həmişə bayağı musiqiləri dinləyib.

- Aygün Kazımova ilə qalmaqalınız barədə nə deyə bilərsiniz?

- Bu haqda danışmaq istəmirəm. Mən "Jara"da çıxış etmək üçün burdayam.