Məşhur hakim həbs olundu
    • 18-02-2025, 13:42
    • 291

Məşhur hakim həbs olundu

İngiltərəli futbol hakimi Qaret Vikkars yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıqda ittihamla həbs edilib.

 News24.az "The Sun"a istinadən xəbər verir ki, hadisə 2021-ci il noyabrın 15-də Londonda baş verib.

46 yaşlı referinin işi üzrə ilk məhkəmə dinləməsi fevralın 7-də keçirilib və hakim həbs olunub. Növbəti dinləmə martın 7-də baş tutacaq.

Qeyd edək ki, Q.Vikkars cari mövsümdə İngiltərə çempionatının oyunlarında iştirak etməyib. O, sonuncu dəfə 2024-cü il fevralın 3-də İngiltərənin üçüncü divizionunda "Çarlton" və "Derbi Kaunti" arasında keçirilən matçda fit çalıb. Araşdırma müddətində o, futbol oyunlarında idarəçilikdən kənarlaşdırılıb.\\Report