Mahaçev Trampın köməkçisi olmaq istəmir
İdman
Mütləq Döyüş Çempionatı (UFC) üzrə yarımorta çəki dərəcəsinin çempionu İslam Mahaçev ABŞ-də yaşamaq istəmədiyini bildirib.
News24.az xəbər verir ki, Mahaçev ABŞ-yə yalnız döyüş üçün getməyi uyğun gördünüyü deyib.
“Amerikaya yalnız döyüşmək üçün gedib geri qayıtmaq istəyirəm. Orada yaşamaq, qalmaq, xüsusilə də işləmək istəməzdim. İndiki kimi pul qazanmaq olar, amma bununla da hər şey bitir”, – deyə Mahaçev bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp UFC rəhbəri Deyna Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif edib. O, həmçinin İslam Mahaçev və UFC-nin keçmiş yüngül çəki çempionu Həbib Nurməhəmmədovu öz köməkçiləri kimi görmək istədiyini bildirib.
Lakin daha sonra Tramp bunun sadəcə zarafat olduğunu açıqlayıb.