Naxçıvanda ağır qəza - 5 nəfər xəsarət aldı

Naxçıvanda ağır qəza - 5 nəfər xəsarət aldı Hadisə

Naxçıvanın Babək rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki,hadisə rayonun Yarımca kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Changan” və “AZSamand” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Onlar - 1982-ci il təvəllüdlü Mehman Qənbərov, 1988-ci il təvəllüdlü Anar Məmmədov, 1988-ci il təvəllüdlü Seyhun Şirinov, 1991-ci il təvəllüdlü Nərmin Qənbərzadə və 1990-cı il təvəllüdlü Nuranə Qənbərovadır.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo.az