
-
- 18-02-2025, 15:09
- 1 155
Tanınmış aktyor vəfat etdi - FOTO
Bir dövrə damğasını vuran “Çocuklar Duymasın” serialında canlandırdığı “Seyyar Tayyar” obrazı ilə yaddaşlara həkk olunan ustad aktyor Emin Gümüşkaya 76 yaşında dünyasını dəyişib.
News24.az xəbər verir ki, ustad aktyorun ölüm xəbərini Zəfər Algöz açıqlayıb.
"Təəssüf ki, qardaşımız Emin Gümüşkayanı itirdik... O, həyatımızda hər zaman yeri olan peşəkar ağsaqqalımızdı... Allah rəhmət eləsin".
Qeyd edək ki, 10 yanvar 1948-ci ildə anadan olan Məhəmməd Emin Gümüşkaya sənət fəaliyyətinə İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsini bitirdikdən sonra başlayıb. Uzun illər teatr, kino və televiziya aləmində çalışan Gümüşkaya ekran səyahətinə 1985-ci ildə “Bay Alkolü Tanıtım” serialı ilə başlayıb. 2010-cu ildə “Çocuklar Duymasın” serialındakı Seyyar Təyyar obrazı ilə geniş tamaşaçı kütləsinə tanınıb. Usta aktyor; Seksenler, Arka Sıradakiler, Yeşil Deniz, Avrupa Yakası, Tatlı Həyat kimi bir çox əhəmiyyətli prodakşınlarda rol alıb.
Günel Məlikzadə
