
-
- 19-02-2025, 00:48
- 456
Alimlər bir sirri daha ORTAYA ÇIXARDILAR
Beynəlxalq astronomlar qrupu sarı hipergiantlar – güclü maddə partlayışları ilə tanınan nəhəng ulduzlar üzərində beş illik araşdırma aparıblar.
News24.az bildirir ki, tədqiqatçılar diqqətlərini Rho Cas ulduzuna, eləcə də HR 8752 və HR 5171A-ya yönəldiblər. Nəticələr göstərdi ki, Rho Cassiopeiae hər 10-40 ildən bir səth istiliyində kəskin dəyişikliklərlə müşayiət olunan dövri partlayışlara malik olub.
Belçika Kral Rəsədxanasından astronom Aleks Lobel qeyd edib ki, tədqiqat 138 illik məlumatları, o cümlədən 1885-ci ilə aid tarixi müşahidələri əhatə edib. Alimlər aşkar ediblər ki, güclü radial pulsasiyalar bu emissiyaların yaranmasında əsas rol oynayıb.
Zəhraxanım Şeydayeva