Boşanmaqda olan arvadını öldürdü
    • 19-02-2025, 01:00
    • 480

Boşanmaqda olan arvadını öldürdü

Türkiyədə Gökhan Eller adlı bir şəxs boşanma prosesində olan arvadını öldürüb.

News24.az bildirir ki, məhkəmədə şahid qismində Eller cütlüyünün qızı Rabia Nur Ellər ifadə verib. Rabia Nur Eller məhkəməyə verdiyi ifadəsində qətlin şahidi olmadığını, hadisəni nənəsinin telefon zəngindən öyrəndiyini bildirib.

Anası ilə atası arasında şiddətli qarşıdurma olduğunu, hər iki tərəfin bir-birini “xəyanətdə” günahlandırdığını bildirən Rabia Nur Eller, "Hər iki tərəf mübahisədə bir-birini təhqir edirdi, ikisi də bir-birini aldadır" deyib.

Bununla bağlı məhkəmə prosesi davam edir.

Zəhraxanım Şeydayeva