Avtobusdan məcburi endirilən 7 nəfər güllələndi
    • 20-02-2025, 02:45
    • 480

Avtobusdan məcburi endirilən 7 nəfər güllələndi

Pakistanın Bəlucistan əyalətindən Lahor şəhərinə gedən avtobusa hücum edilib.

News24.az xəbər verir ki, təxminən 11 nəfərdən ibarət silahlı qrup Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Barxan rayonunda magistral yolda sərnişin avtobusunu saxlayıb. Şəxsiyyət vəsiqələrini yoxladıqdan sonra silahlı şəxslər 7 nəfəri avtobusdan zorla endirərək güllələyiblər.

Polis ərazini mühasirəyə alarkən silah qrup üzvləri hadisə yerindən qaçıblar. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. Qətllərin səbəbi məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır. /publika.az