Havaya görə bu oyunlar təxirə salındı
    • 19-02-2025, 18:02
    • 344

Havaya görə bu oyunlar təxirə salındı

Bütün zonalar üzrə fevralın 22-23-də keçirilməsi planlaşdırılan AFFA U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının oyunları təxirə salınıb.

Bu barədə News24.az-a milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, matçların təxirə salınması ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədardır.