İki qardaş “lolipop” yeyib komaya düşdü
    • 19-02-2025, 18:20
    • 325

İki qardaş “lolipop” yeyib komaya düşdü

Rusiyanın Krasnodar şəhərində yeddi yaşlı məktəbli kiçik qardaşı ilə şirniyyat yeyərək komaya düşüb.

News24.az xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, uşaqlar fevralın 18-i axşam lolipop yeyiblər. Bundan sonra onların halları pisləşməyə başlayıb və onlar komaya düşüblər.

Zərərçəkənlər reanimasiyaya yerləşdirilib. Hazırda telekanalın məlumatına görə, hər ikisi huşunu itirib. Həkimlər uşaqların vəziyyətinin pisləşməsinin dəqiq mənbəyini müəyyən etməyib./BAKU.WS