-
- 27-07-2019, 16:14
- 1 114
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib
İyulun 24-25-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Talan edilmiş aktivlərin xaricdən qaytarılması” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, tədbirin məqsədi qanunçuluq və hüquq qaydasının təmin edilməsi, cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi ilə bağlı məsələlərin müzakirə edilməsi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və gələcək inkişaf perspektivlərini müzakirə etməkdən ibarət olub.
Konfransda ölkəmizi Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin rəisi Emil Mürsəliyev təmsil edib.
Tədbir iştirakçılarını salamlayan Qazaxıstan Respublikası Baş prokurorunun müavini Bulat Dembayev aktivlərin bərpası sahəsində tədbirdə iştirak edən dövlətlərin təcrübəsinin Qazaxıstan üçün böyük maraq kəsb etdiyini bildirib.
Tədbirdə çıxış edən Erkin Əlixanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə hüquq islahatları, korrupsiyaya qarşı mübarizə sahəsində aparılan institusional tədbirlər, habelə aktivlərin bərpası sahəsində ölkəmizin təcrübəsi barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Beynəlxalq konvensiya və müqavilələrdən irəli gələn öhdəlik və vəzifələrin ölkəmiz tərəfindən tam həcmdə yerinə yetirildiyini vurğulayan E.Əlixanov konfransın aktivlərin bərpası sahəsində müxtəlif ölkələrin səlahiyyətli orqanları arasında əməkdaşlıq və əlaqələrin möhkəmləndirilməsi baxımından əlverişli platforma olduğunu, cinayətkarlıq, qlobal çağırış və təhdidlərə qarşı mübarizədə beynəlxalq birliyin səylərinin səfərbər olunmasının vacibliyini xüsusi qeyd edib.
Səfər çərçivəsində Qazaxıstan, Rusiya, Belarus, BƏƏ, Çin, Qırğızıstan, Özbəkistan və Tacikistan nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilərək əməkdaşlıq məsələləri və perspektivlər müzakirə olunub.