
-
- 20-02-2025, 17:27
- 284
"Barselona" yeni hücumçu alır
La Liqa təmsilçisi "Barselona" hücumçu transfer etmək niyyətindədir.
News24.az xəbər verir ki, 25 yaşlı Aleksander İsakı yayda "Nyukasl"dan Kataloniya klubuna keçə bilər.
İsveçli hücumçunun menecerinə bu barədə məlumat verilib.
İsak qarşıdakı günlərdə bu haqda qərar verməyi düşünür.
Qeyd edək ki, futbolçu buna qədər İspaniya və Almaniyada çıxış edib.
Ağa Dadaşzadə