Zakir Həsənov pilotun ailəsi ilə görüşdü “Təki, Vətən sağ olsun!
    • 27-07-2019, 19:22
    • 1 868

Zakir Həsənov pilotun ailəsi ilə görüşdü “Təki, Vətən sağ olsun!"

Qəzaya uğramış hərbi təyyarənin pilotunun ailə üzvləri və yaxınları təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında Müdafiə naziri Zakir Həsənov ilə görüşüblər.
Nazirlikdən News24.az -a verilən məlumata görə, görüş zamanı pilotun yaxınları “Təki, Vətən sağ olsun! Övladımızın xidməti ilə şərəf duyuruq!” deyərək, göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, iyulun 24-də Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Hərbi təyyarə Xəzər dənizinə düşüb.