Hindistanda yaşlı cütlük - vəhşi fil tərəfindən öldürüldü
Hadisə
Hindistanın Andhra Pradeş əyalətində keçirilən "Maha Şivaratri" festivalı üçün yola çıxan qrupa meşədə fil sürüsü tərəfindən hücum edilib.
News24.az Hindustan Times-a istinadən xəbər verir ki, fillərin altında qalan 5 nəfər hadisə yerində ölüb, yaralılar isə xəstəxanaya aparılıb.
Səlahiyyətlilər yaralılardan 2-nin səhhətinin ağır olaraq qaldığını bildirib.
Günel Məlikzadə