Arşavinin keçmiş arvadı bu siyahıya daxil edildi

Arşavinin keçmiş arvadı bu siyahıya daxil edildi Siyasət

Andrey Arşavinin keçmiş həyat yoldaşı, məşhur teleaparıcı Yuliya Baranovskaya Aİ-nin sanksiya siyahısına salınıb. 

 News24.az xəbər verir ki, bu gün səhər saatlarında Rusiyaya qarşı 16-cı sanksiya paketi tərtib olunub.

 Buraya 48 fiziki və 35 hüquqi şəxs daxildir.

Xatırladaq ki, Arşavin 2004-2013-cü illərdə Baranovskaya ilə evli olub. Onlar ayrılanda Yuliya Sankt-Peterburqda üç otaqlı mənzil alıb. Cütlük boşandıqdan sonra üç övladı üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət edib.

Andrey Arşavin karyerası ərzində 10-dan çox kubok, o cümlədən üç Rusiya Çempionatı və UEFA Kuboku qazanıb. Andrey 2002-2012-ci illərdə milliyə çağırılıb. O, Londonun “Arsenal” klubunda oynamağı bacarıb.

Ağa Dadaşzadə