Soyuq hava ürək sağlamlığını - təhdid edir...
Sağlamlıq
Mütəxəssislər aşağı temperaturun ürəyin iş yükünü artırdığını və infarkt riskini yüksəltdiyini bildiriblər.
News24.az bildirir ki, qış aylarında havanın temperaturunun aşağı düşməsi ürək xəstələri üçün ciddi risklər yaradıb. Kardiologiya Mütəxəssisi Prof. Dr. Bilal Boztosun soyuq havanın ürəyin iş yükünü artırdığını, bunun da damar spazmlarına və infarktlara səbəb ola biləcəyini bildirib.
O belə deyib: “Xüsusilə havanın temperaturu aşağı düşdükcə ürəklə bağlı problemlər də artır. Ürək bədəni isitməyə çalışarkən, əgər mövcud ürək xəstəliyi varsa , bu, ürəyin iş yükünü daha da artırır."
Zəhraxanım Şeydayeva