Bakıda restoranda atışma: Ölən və yaralanan var
    • 10-08-2018, 10:31
    • 1 269

Bakıda restoranda atışma: Ölən və yaralanan var

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən “Naxçıvan” restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.

 Yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur.

Həmçinin, ölənin Çingiz Xudiyev, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir.

Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.