İstanbulda saxta pul əməliyyatı - KEÇİRİLDİ
Sosial
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində eyni vaxtda keçirilən əməliyyatla "saxta pul" cinayətini törətdikləri müəyyən edilən 23 şübhəli saxlanılıb. Şübhəlilərdən 8-i həbs edilərək həbsxanaya göndərilib.
News24.az xəbər verir ki, şübhəlilərin iş və ev ünvanlarında aparılan axtarışlar zamanı çoxlu sayda saxta xarici valyuta, türk lirəsi və 1 ədəd sənədsiz silah ələ keçirilib. Digər tərəfdən, polis bölməsində əməliyyatları tamamlanan 23 şübhəli ədliyyəyə sövq edildi. Çağırış üzrə hakimlikdə əməliyyatları tamamlanan şübhəlilərdən 8-i tutularaq həbsxanaya göndərilərkən, 3-ü şərti cəzalı olmaqla cəmi 15 şübhəli sərbəst buraxılıb.
Ağa Dadaşzadə