
-
- 26-02-2025, 12:13
- 226
Qvardiola karyerası barədə inkar etdi
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola peşəkar karyerasının çətin keçdiyini inkar edib.
News24.az xəbər verir ki, Premyer Liqanın 26 turundan sonra "Mançester Siti" lider "Liverpul"dan 20 xal geri qalaraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan komandanın baş məşqçisi mətbuata bunları deyib:
"Biz bundan əvvəl də çətin yol keçmişik. Futbolda çətin dövrün olması problem deyil, qarşıda böyük hədəflər var",- deyə o, bildirib.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"yə başçılıq edir. İspaniyalı daha əvvəl Münhenin "Bavariya"sını və Kataloniya "Barselona"sını çalışdırıb.
Ağa Dadaşzadə