
-
- 26-02-2025, 12:51
- 505
Gənc oğlan əkizini öldürdü
Texas ştatında 21 yaşlı Benjamin Elliot əkiz bacısı Meqanın q*tlinə görə 15 il həbs cəzasına məhkum edilib.
News24.az xəbər verir ki, Benjamin 29 sentyabr 2021-ci ildə əkiz bacısı, o zaman 17 yaşlı Meqanı valideynlərinin evində b*çaqladıqdan sonra təcili xidmətə zəng edib.
Məhkəmənin nəticəsi olaraq münsiflər heyəti Elliotu təqsirli bilib.
Onu da qeyd edək ki, hakim Danilo Lacayo, dövlətin 40 il həbs tələb etməsinə baxmayaraq, Elliotun cəzasını 15 il təyin edib. Elliot bu müddət ərzində yeddi il yarım həbsdə qaldıqdan sonra şərti azadlığa buraxılacaq.
Günel Məlikzadə
