ABŞ-da məşhur aktyorlar qəzaya düşdü

ABŞ-da məşhur aktyorlar qəzaya düşdü Dünya

Stand-up komediyaçıları Pavel Dedişev və Yevgeni Çebatkov ABŞ-da səyahət edərkən yol-nəqliyyat hadisəsi ilə üzləşiblər.

News24.az xəbər verir ki, onların sözlərinə görə, qəza onlar Nyu-Meksiko ştatından keçərkən baş verib. Hadisəyə səbəb yolda yad əşyanın təkərin altına düşməsi olub.

Qeyd edək ki, hadisə nəticəsində aktyorlar xəsarət almayıblar.

Ağa Dadaşzadə