Əvvəlcə evi yandırdı, daha sonra atasını qətlə yetirdi

Əvvəlcə evi yandırdı, daha sonra atasını qətlə yetirdi Dünya

Gürcüstanın Tercola bələdiyyəsində məişət zəminində yaranan mübahisə zamanı oğul atasını qətlə yetirib.

News24.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, təqsirləndirilən şəxs əvvəlcə yaşadıqları evdə yanğın törədib, daha sonra isə soyuq silahdan istifadə edərək atasına xəsarət yetirib və hadisə yerindən qaçıb.

Nazirliyin məlumatına görə, aldığı xəsarətlər nəticəsində kişi hadisə yerində dünyasını dəyişib. Yaşayış evində baş verən yanğın isə hadisə yerinə çağırılan Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən söndürülüb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində şübhəli şəxs cinayətin isti izləri ilə Tercola bələdiyyəsində saxlanılıb. Cinayətdə istifadə olunduğu ehtimal edilən bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 11¹-109-cu maddəsi ilə istintaq aparılır.

Sözügedən maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.