Tacikistan prezidenti ölkəmizdə rəsmi səfərdədir
    • 10-08-2018, 10:42
    • 1 212

Tacikistan prezidenti ölkəmizdə rəsmi səfərdədir

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun avqustun 10-da rəsmi qarşılanma mərasimi olub.

 Azərbaycan prezidenti İlham Əliyev Tacikistan prezidenti Emoməli Rəhmonu qarşılayıb.

Rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.

Avqustun 10-da təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.