
-
- 27-02-2025, 15:34
- 274
Uşaq qızılcadan öldü
Qızılca epidemiyasından ilk ölüm hadisəsi ABŞ-ın Texas ştatında qeydə alınıb. İki nəfərin öldüyü açıqlanıb, onlardan biri qızılcaya qarşı peyvənd olunmamış uşaqdır.
News24.az xəbər verir ki, ölən uşağın neçə yaşında olduğu bildirilməyib. Texasda 9 fərqli bölgədə görülən qızılca epidemiyasında yoluxma sayının 124-ə yüksəldiyi bildirilib.
ABŞ Xəstəliklərə Nəzarət və Qorunma Mərkəzinin verdiyi açıqlamaya görə, 1 həftə ərzində yoluxma sayı 5 dəfə artıb. Statistikaya görə, qızılcaya yoluxma hallarının əksəriyyəti 18 yaşdan aşağı insanlarda olub.
Günel Məlikzadə