200 balıqçı xilas edildi
    • 28-02-2025, 14:06
    • 285

200 balıqçı xilas edildi

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Saxalin vilayətində 200 balıqçını buzlaqdan xilas ediblər.

News24.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“İlkin məlumatlara görə, Oxot dənizində buzlaq üzərində 200 nəfər var. Onlar Lesnoye kəndi yaxınlığında sahildən 700 metr aralanıb”, - deyə qeyd edilib.

Xilasetmə əməliyyatına Rusiya Fövqəladə Hallar Nazirliyinin 11 mütəxəssisi və 6 texnikası, o cümlədən “Xivus” hava gəmisi cəlb olunub. Bundan əlavə, idarəyə məxsus Mi-8 helikopteri də döyüş hazırlığı vəziyyətinə gətirilib.

Aynurə