Moskvada ticarət mərkəzində atəş açan şəxsin kimliyi bilindi

Moskvada ticarət mərkəzində atəş açan şəxsin kimliyi bilindi Dünya


Moskvada ticarət mərkəzində atəş açan şəxs 24 yaşlı Danil Potexindir. 

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, o həbs edilib. Yaralanan mühafizəçilər 40 yaşlı Aleksandr E. və 39 yaşlı İvan Z.-dir.

Potexin, məlumata görə, Moskvaya Ryazandan köçüb. O, artıq yetkinlik yaşına çatmayanda polis qeydiyyatında olub.

Saxlanılan şəxs hazırda ticarət mərkəzindəki təhlükəsizlik idarəsindədir. Onunla bağlı istintaq hərəkətləri aparılır.