Ərdoğan: "Onların dolları var, bizim də Allahımız"
    • 10-08-2018, 11:19
    • 1 131

Ərdoğan: "Onların dolları var, bizim də Allahımız"

ABŞ-ın Türkiyəyə iqtisadi sanksiyalar tətbiq etməyə başlaması ilə, dolların qiyməti türk lirəsinə nisbətən sürətlə artmaqdadır.

News24.az-ın xəbərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədə xalq qarşısında çıxış edərkən maraqlı açıqlama verib: "Türkiyəyə qarşı müxtəlif təxribatçı addımlar atılır. Bütün bunlara fikir verməyin. Onların dolları var, bizim də xalqımız, haqqımız və Allahımız var. Türkiyəyə  iqtisadi təzyiq göstərilməsi istəklərinin perspektivləri yoxdur".
 
Xatırladaq ki, Türkiyə hökuməti cəsusluqda və terrorçu qruplaşmada iştirakına görə ittiham olunan amerikalı keşiş Endryu Bransonu ABŞ hökumətinə təhfil vermədiyi üçün təzyiqlərə məruz qalıb.

Bu gün Türkiyə maliyyə və xəzinədarlıq naziri Berat Albayrağın yeni iqtisadi doktorina təqdim etməsi gözlənilir.