Şokolad təhlükədədir
Maraqlı
Qərbi Afrikanın Fil Dişi Sahili ölkəsindəki kakao istehsalçıları iqlim dəyişikliyi, aşağı qiymətlər və ədalətsiz ticarət şərtləri səbəbindən məhsuldarlığın ciddi şəkildə azaldığını və tədbirlər görülməsə, 2030-cu ilə qədər bütün kakao ağaclarının yox ola biləcəyi barədə xəbərdarlıq ediblər.
News24.az xəbər verir ki, uzun illər aşağı qiymət siyasəti və qeyri-adekvat investisiyalar istehsalçıları böyük böhran həddinə çatdırıb.
Yeyasso adlı fermer kooperativi 5000 istehsalçısının istehsal etdiyi kakaonun miqdarının son illərdə 30 faiz azaldığını və bunun bir çox fermerin rezin və palmaya üz tutmasına səbəb olduğunu bildirib.
İqlim böhranı məhsuldarlığı azaldır
Yeyassoda fermer lideri Biabate Posseni bildirib ki, qeyri-müntəzəm yağış və günəş səbəbindən məhsullar zədələnib.
10 il əvvəl fermada ildə 700 kiloqram kakao istehsal edirdisə, keçən il bu rəqəm 300 kiloqrama düşüb.
Səma