-
- 10-08-2018, 11:24
- 1 164
Bermud üçbucağında 5 min il əvvəl qəzaya uğrayan yadplanetli gəmisi tapıldı — FOTOLAR
“Discovery” kanalında “Kuperin dəfinəsi” verilişinin aparıcısı tədqiqatçı Darrell Mikloş Bermud üçbucağının dibində qeyri-adi obyekt kəşf edib.
Mikoş Karib dənizində qəzaya uğramış qədim gəmiləri axtarır. Bunun üçün isə NASA astronomu Qordon Kuper tərəfindən hazırlanmış gizli xəritədən istifadə edir.
Ötən il Mikloş və komandası Xristofor Kolumbun gəmilərindən birinin lövbərini tapıb. Bu yaxınlarda isə tədqiqatçı qəribə obyekt kəşf edib. Onun sözlərinə əsasən, bu, qəzaya uğramış qədim yadplanetli gəmi ola bilər.
Qordon Kuper 1963-cü ildə “Mercury-Atlas 9” raketinin pilotu olanda ABŞ hökuməti dövlətin sahillərində kosmosdan görünən anomal yerləri işarələməyi xahiş edir. ABŞ SSRİ-nin sualtı qayıqlarından çox qorxurdu. Çünki ruslar nüvə sirrlərini oğurlaya bilərdilər. Kuper sutka ərzində 22 dəfə Yeri ötüb keçdi və bir sıra qəribəliklər gördü. O, xəritədə 100-dən çox qeyd aparıb. Maraqlıdır ki, Kuper də yadplanetlilərin mövcudluğuna inanırdı və xəritədə bunu qeyd etmişdi.
Mikloşun qeyri-adi obyekt kəşf etdiyi yer Baham adaları yaxınlığındadır və mistik Bermud üçbucağının ərazisinə düşür. Tədqiqatçə dəqiq koordinatları vermir. Amma əmindir ki, bu kəşf yadplanetlilərin Yerə minlərlə il əvvəl səfərini sübut edəcək.
Əvvəlcə Mikloş böyük gəmi tapdığını düşünür. Sonra isə uzunluğu 4 km-dən çox olan mürəkkəb struktur ilə qarşılaşır. Gəmi 100 metr dərinlikdədir və mərcan rifi ilə örtülüb.
Alimin sözlərinə əsasən, bu, təbii obyekt deyil və sünidir. Eyni zamanda çox qədimdir. Onun ən azı 5 min il yaşı var. Strukturun yanında isə komanda qeyri-adi obyektlər kəşf ediblər və bu obyektlərin də üstü mərcan rifi ilə örtülüb.
Eyni zamanda qeyd edilir ki, ərazidə güclü axın olduğu üçün mərcan rifinin olması da anomal hadisədir.
Hazırda Mikloş obyekti tədqiq etməyə hazırlaşır.
// Ölkə.az