Sürücü 65 il öncəki qəzaya görə 5500 cərimələndi, - vəsiqəsi əlindən alındı - FOTO

Sürücü 65 il öncəki qəzaya görə 5500 cərimələndi, - vəsiqəsi əlindən alındı - FOTO Hadisə

Kanadada bir kişi 65 il əvvəl törətdiyi qəzaya görə böyük məbləğdə cərimələnib.

News24.az avtosfer.az-a istinadən xəbər verir ki, Ossie Gildart adlı şəxs 1960-cı ildə baş vermiş avtomobil qəzasına görə 4600 Kanada dolları (indiki məzənnə ilə təxminən 5481 manat) ödəməli olacaq.

85 yaşlı kişi bildirib ki, hadisədən yalnız 2024-cü ilin dekabrında kiçik qəzaya düşəndən sonra xəbər tutub:

“Sürücülük vəsiqəm bu illər ərzində dəfələrlə yeniləyib. Nə cərimə, nə də 1960-cı ildə baş vermiş qəza ilə bağlı heç bir xəbərdarlıq almamışam”.

Yerli hakimiyyət orqanları, onun sürücülük hüququnu məhdudlaşdırıb və cərimə tam ödənilməyənə qədər də bərpa etməyəcəklərini bildiriblər.


Sürücü 65 il öncəki qəzaya görə 5500 cərimələndi, - vəsiqəsi əlindən alındı - FOTO