İranda dövlət qurumuna HÜCUM - 2 məmur öldürüldü
Hadisə
İranın cənubunda yerləşən Xuzistan əyalətinin Çamran şəhərində su təchizatı və kanalizasiya idarəsinə silahlı hücum nəticəsində iki nəfər ölüb.
News24.az xəbər verir ki, məlumatı İSNA yayıb.
Bildirilib ki, öldürülənlərdən biri təhlükəsizlik xidmətinin, o biri isə qurumun hüquq bölməsinin rəisidir.
Məlumata görə, hücum edənlərin kimliyi bilinmir.
Araşdırma aparılır. (“Report”)