Ağdamda gənc traktor aqreqatının altında qalaraq öldü – YENİLƏNDİ

Ağdamda gənc traktor aqreqatının altında qalaraq öldü – YENİLƏNDİ Hadisə

Ağdamda baş verən bədbəxt hadisənin bəzi təfərrüatı məlum olub.

News24.az xəbər verir ki, bədbəxt hadisə rayonun Qaradağlı kəndində yerləşən Ağdam Dövlət Sınaq Məntəqəsində baş verib.

Ağdam rayon Zəngişalı kənd sakini 25 yaşlı Mahmudlu Hikmət Sadiq oğlu məntəqə müdürü işləyən atası Sadiq Mahmudova müəssədə olan texnikanı sınaq etmək üçün kömək etməyə gəlib. Hadisə də elə bu vaxt baş verib.

Qeyd edək ki, mərhumun atası Sadiq Mahmudov müəssisədə müdir vəzifəsində çalışır.

Faktla bağlı araşdırma davam etdirilir. (Teleqraf)

**20:58

Ağdamda 25 yaşlı gənc traktor aqreqatının altında qalaraq həyatını itirib.

News24.az xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən traktora qoşulmuş torpaqüyüdən aqreqatın altında qalıb.

H. Mahmudlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. (Report)