Prezident bu şəxsləri mükafatlandırdı - SƏRƏNCAM
    • 30-07-2019, 17:40
    • 821

Prezident bu şəxsləri mükafatlandırdı - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycanın idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. 

News24.az-ın xəbərinə görə, sərəncama əsasən Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə Azərbaycanın idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar:

birinci yeri tutan hər bir idmançı - 10 000 manat, onun şəxsi məşqçisi - 5000 manat;
ikinci yeri tutan hər bir idmançı - 7000 manat, onun şəxsi məşqçisi - 3500 manat;
üçüncü yeri tutan hər bir idmançı - 5000 manat, onun şəxsi məşqçisi - 2500 manat;
komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.