Bu şəxslər 50 min manat alacaq - SƏRƏNCAM
    • 20-07-2019, 13:30
    • 751

Bu şəxslər 50 min manat alacaq - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən idmançılar və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılır:

Birinci yeri tutan hər bir idmançı - 50 min manat, onun şəxsi məşqçisi - 25 min manat;

İkinci yeri tutan hər bir idmançı - 30 min manat, onun şəxsi məşqçisi - 15 min manat;

Üçüncü yeri tutan hər bir idmançı - 20 min manat, onun şəxsi məşqçisi - 10 min manat;

Komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.