Prezident “Dövlət rüsumu haqqında” qanunda DƏYİŞİKLİK ETDİ
    • 31-07-2019, 18:23
    • 826

Prezident “Dövlət rüsumu haqqında” qanunda DƏYİŞİKLİK ETDİ

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

News24.az xəbər verir ki, sənədə yeni - 17.6-1-ci maddə əlavə edilib.

Həmin maddədə deyilir: xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu Qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində müəyyən oluna bilər.