Stas Mixaylov "Jara"da Nigar Camala nə TƏKLİF ETDİ?
    • 31-07-2019, 18:29
    • 1 555

Stas Mixaylov "Jara"da Nigar Camala nə TƏKLİF ETDİ?

Müğənni Nigar Camal "Jara" beynəlxalq musiqi festivalından uzaqlaşdıırlmasından danışıb. 

News24.az-a açıqlama verən N.Camal festivalda S.Mixaylovla planlaşdırılan duetinin alınmamasına belə aydınlıq gətirib: "Məni "Jara"dan heç kim uzaqlaşdırmayıb. Sadəcə olaraq biz öncədən duet üçün hazırlıq etmişdik. Son anda Stas Mixaylov özünün fonoqram oxuyacağını, mənə isə canlı ifa etməyi təkıif etdi. Mən isə bununla razılaşmadım. Çünki mahnı tam hazır deyildi. O fonoqram mən isə canlı ifa etsəydim, səslərimiz üst-üstə düşməyəcəkdi. Ona görə də mən özüm səhnəyə çıxmaqdan imtina etdim". 

Teymur MƏMMƏDOV